Bank Of Baku

Macarıstan da İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə hazırlaşır

Macarıstan Prezidenti Katalin Novak

© APA | Macarıstan Prezidenti Katalin Novak

# 11 iyul 2023 12:45 (UTC +04:00)

Macarıstan Prezidenti Katalin Novak Baş nazir Viktor Orbana İsveçin NATO-ya üzvlüyü prosesinə dəstək verməsi ilə bağlı çağırış edib.

APA xəbər verir ki, bu barədə Prezident Novak "Twitter" hesabında bildirib.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlük ərizəsinin təsdiq olunmaq üçün parlamentə göndərilməsi ilə bağlı qərarını alqışlayıram. NATO Sammiti ərəfəsində Baş nazir Viktor Orbandan Macarıstan Parlamentinin də müdafiə Alyansının genişlənməsinə ən qısa zamanda töhfə verməsi üçün mümkün olan hər şeyi etməyi xahiş etdim", - Macarıstan dövlət başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR