Macarıstan Prezidenti Katalin Novak Ukraynaya səfər edib.
APA xəbər verir ki, Macarıstan dövlət başçısı bu barədə "Twitter" hesabında bildirib.
Kiyevdə olduğunu bildirən Prezident Novak, "Ukrayna uğrunda şəhid olanların xatirə divarının qarşısında ehtiramımı bildirdim", - deyə paylaşımda qeyd edib.