"Çinin sülh quruculuğunda vacib rolu olduğuna inanıram".
APA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "Twitter"də bildirib.
"Mən əminəm ki, Çinin sülhün qurulmasında oynayacağı vacib rolu var. Bunu müzakirə etmək, bu istiqamətdə irəliləyiş əldə etmək üçün gəlmişəm. Çin lideri Si Cinpinlə biz həmçinin biznes, iqlim və biomüxtəliflik, ərzaq təhlükəsizliyi barədə müzakirə aparacağıq", - Makron qeyd edib.