Fransa prezidenti Emmanuel Makron hesab edir ki, İsrailin Qəzza zolağında genişmiqyaslı quru əməliyyatı keçirməsi səhv addım olar.
APA xəbər verir ki, bu barədə “France 24” telekanalı məlumat yayıb.
O qeyd edib ki, belə bir əməliyyat mülki şəxslərə zərər verəcək və İsrailin uzunmüddətli təhlükəsizliyinə zəmanət verməyəcək.
O, həmçinin bildirib ki, yaxın 48 saat ərzində yerli xəstəxanalara dəstək olmaq üçün Qəzza sahillərinə Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi göndəriləcək.