Bank Of Baku

Makron ölkəni bürümüş iğtişaşların pik həddinin başa çatdığını bildirib

Fransa Prezidenti Emmanuel Makron merlərlə görüşdə (Foto: AFP)

© APA | Fransa Prezidenti Emmanuel Makron merlərlə görüşdə (Foto: AFP)

# 04 iyul 2023 15:22 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron ölkəni bürümüş iğtişaşların pik həddinin başa çatdığını bildirib.

APA BFMTV-yə istinadən xəbər verir ki, bu barədə Prezident Makron Yelisey Sarayında ölkənin 241 şəhərinin meri ilə görüşdə deyib.

"Mütləq prioritet olaraq həll etməli olduğumuz davamlı sabitlikdir. Gələcək günlər və həftələrdə ayıq-sayıq, diqqətli olacağam, amma pik hədd artıq keçdi", - Makron bildirib.

Xatırladaq ki, iyunun 26-da Paris ətrafında 17 yaşlı oğlanın polis tərəfindən öldürülməsindən sonra Fransada etiraz aksiyaları başlayıb və qısa zamanda zorakı xarakter alıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, iyunun 27-dən 28-nə keçən gecədən bəri iğtişaşlarda ümumilikdə 3486 nəfər saxlanılıb, 12202 avtomobil yandırılıb, 1105 bina yandırılıb və ya zədələnib, milli polis, jandarm və ya bələdiyyə polisinin 209 binası hücuma məruz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR