Bank Of Baku

Makron Yelisey sarayında iğtişaşlara qarşı mübarizə üzrə müşavirə keçirir

Makron Yelisey sarayında iğtişaşlara qarşı mübarizə üzrə müşavirə keçirir
# 02 iyul 2023 22:09 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron ölkədə iğtişaşlara qarşı mübarizə üzrə Yelisey sarayında müşavirə keçirir.

APA xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

İclasda Fransa hökumətinin üzvləri, o cümlədən Baş nazir Elizabet Born, daxili işlər naziri Jerald Derman və ədliyyə naziri Erik Dyupont-Moretti iştirak edirlər.

Xatırladaq ki, Fransada iğtişaşlar iyunun 27-də polisin 17 yaşlı sürücünü öldürməsindən sonra başlayıb.

Əlcəzair əsilli fransız yeniyetməni güllələyən polis saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR