Rusiya “Azovstal”ı ələ keçirmək cəhdlərindən vaz keçmir.
APA Pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə Mariupol merinin məsləhətçisi Pyotr Andryuşenko bildirib.
O, artilleriya və aviasiya zərbələrinin dəstəyi ilə rusiyalı hərbçilərin zavodun ərazisinə daxil olmağa çalışdıqlarını qeyd edib.