Bank Of Baku

Martın 20-də Gürcüstan-NATO hərbi təlimləri başlayacaq

Martın 20-də Gürcüstan-NATO hərbi təlimləri başlayacaq
# 12 mart 2022 12:02 (UTC +04:00)

Martın 20-də Gürcüstanda NATO-Gürcüstan hərbi təlimləri başlayacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, təlimlər plana uyğun olaraq NATO-Gürcüstan Təlim və Qiymətləndirmə Mərkəzində baş tutacaq.

Bildirilib ki, sayca üçüncüsü keçiriləcək builki hərbi təlimlərdə NATO üzvü və tərəfdaşı olan 20-dək ölkədən hərbçilər iştirak edəcək.

Təlimlərdə iştirakçıların kompüter simulyasiyaları vasitəsi ilə NATO əməliyyatlarının planlanması bacarıqlarını inkişaf etdirəcəkləri qeyd olunub.

NATO təlimləri martın 25-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR