Maya Sandu yenidən Moldova prezidentliyinə namizəd olub

Moldova prezidenti Maya Sandu

© APA | Moldova prezidenti Maya Sandu

# 12 sentyabr 2024 17:30 (UTC +04:00)

Moldovanın hazırkı dövlət başçısı Maya Sandunun prezidentliyə namizədliyi qeydə alınıb.

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında bildirilib.

“Facebook” sosial şəbəkəsində canlı yayımlanan toplantıda müvafiq qərarı komissiyanın üzvü Vadim Filipov oxuyub.

Qeyd edək ki, 52 yaşlı M.Sandu namizədliklə bağlı planlarını 2023-cü ilin dekabrında açıqlayıb. Ölkədə prezident seçkisi isə bu il oktyabrın 20-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR