Bank Of Baku

Meral Akşener “Altılı masaya” geri dönüb - YENİLƏNİB

Meral Akşener “Altılı masaya” geri dönüb - YENİLƏNİB
# 06 mart 2023 16:35 (UTC +04:00)

Türkiyədəki müxalif “İYİ Partiya”nın sədri Meral Akşener “Altılı masa”ya geri dönüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, “İYİ Partiya”nın sözçüsü Kürşad Zorlu mətbuata açıqlamasında Meral Akşenerin CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşdüyünü bildirib.

“Sədrimiz bir azdan baş tutacaq “Millət İttifaqı”nın toplantısına qatılmaq qərarını verib”, - deyə o vurğulayıb.

Xatırladaq ki, az əvvəl Akşener, iki CHP-li bələdiyyə sədrinin adlarının prezident köməkçisi qismində hallanmasını "Altılı masa"ya qayıtmaq üçün şərt olaraq irəli sürmüşdü.

***

15:08

Türkiyədəki müxalif “İYİ Partiya” sədri Meral Akşener “Altılı masa”ya geri dönməsi üçün yeni şərt irəli sürüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, o, bu təklifi CHP-dən olan İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsi sədri Mansur Yavaşın “İYİ Partiya”nın ofisini ziyarəti çərçivəsində edib.

Akşener, iki CHP-li bələdiyyə sədrinin adlarının prezident köməkçisi qismində hallanmasını istəyir.

“İYİ Partiya” sözçüsü Kürşad Zorlunun sözlərinə görə, bu halda Meral Akşener müxalif koalisiyaya geri dönə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR