Bank Of Baku

Merts: ABŞ Ukrayna üçün təhlükəsizlik təminatlarında iştirak etməyə hazırdır

Almaniyanın kansleri Fridrix Merts

© APA | Almaniyanın kansleri Fridrix Merts

# 16 avqust 2025 20:26 (UTC +04:00)

ABŞ Avropa ölkələri ilə yanaşı Ukrayna üçün təhlükəsizlik təminatlarında iştirak etməyə hazırdır.

APA xəbər verir ki, bunu Almaniyanın kansleri Fridrix Merts ZDF telekanalına müsahibəsində bildirib.

“Bu gün səhər Tramp bizi danışıqların məzmunu barədə ətraflı məlumatlandırdı. Həmin danışıqlar mətbuat konfransında gördüyümüzdən daha geniş idi. İndi isə gündəlikdə təhlükəsizlik təminatları məsələsi dayanır”, – deyə o qeyd edib.

Merts həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin, Tramp və Volodimir Zelenski arasında üçtərəfli görüş mümkün qədər tez keçirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR