Bank Of Baku

Mirzoyan: “Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazırdır”

Ararat Mirzoyan

© APA | Ararat Mirzoyan

# 15 mart 2022 20:45 (UTC +04:00)

Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırdır.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Anadolu Agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, türkiyəli həmkarından bu məqsədə çatmaq üçün siyasi iradənin olduğunu eşitməkdən məmnun olub.

“Hesab edirəm ki, sürətlə dəyişən dünyada konkret addımlar atmaqdan çəkinməməliyik. Sərhədlərin açılması iki ölkə arasında ticari-iqtisadi əlaqələrə, xalqlar arasında münasibətlərə və regionun ümumi sabitliyinə müsbət təsir göstərəcək”, - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR