Bank Of Baku

Mixael Şumaxer Paris xəstəxanasına yerləşdirilib

Mixael Şumaxer Paris xəstəxanasına yerləşdirilib
# 10 sentyabr 2019 05:58 (UTC +04:00)

Almaniyalı sabiq “Formula-1” pilotu Mixael Şumaxer müalicə aldığı İsveçrədən Parisə aparılıb.

APA xəbər verir ki, bu barədə “BFM” telekanalı məlumat yayıb.

Bildirilir ki, M. Şumaxer Parisin cənubunda yerləşən Jorja Pompidou adına xəstəxanaya yerləşdirilib. Əfsanəvi idmançının müalicəsi professor Filipp Menaşe tərəfindən aparılır.

Xatırladaq ki, 2013-cü ilin dekabrında M.Şumaxer Meribeldə dağ xizəyi sürərkən yıxılaraq ağır yaralanıb. Nəticədə pilot beyninin hər iki yarımkürəsinin zədələləri və qanaxması ilə müşayiət olunan kəllə beyin travması  alıb. 2014-cü ilin sentyabr ayından etibarən Şumaxer Cenevrə gölünün sahilində yerləşən İsveçrə villasında səhhətini bərpa etməyə çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR