ABŞ və Böyük Britaniyanın xarici kəşfiyyat agentliklərinin rəhbərləri Qəzzada atəşkəs üçün fasiləsiz çalışdıqlarını bildiriblər.
APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Böns və Mİ6-nın rəhbəri Riçard Mur deyib ki, onların agentlikləri gərginliyin azaldılması və təzyiq göstərmək üçün kəşfiyyat kanallarından istifadə ediblər.
Qeyd edək ki, Böns döyüşlərin sona çatması üçün vasitəçilik səylərində iştirak edib, girovlarla bağlı razılaşma əldə etmək və ən azı münaqişəni müvəqqəti dayandırmaq məqsədi daşıyan yüksək səviyyəli danışıqlar üçün avqust ayında Misirə gedib.