Bank Of Baku

Moldova Prezidenti Aİ rəsmiləri və NATO baş katibi ilə görüşəcək

Moldova Prezidenti Aİ rəsmiləri və NATO baş katibi ilə görüşəcək
# 04 sentyabr 2019 11:05 (UTC +04:00)

Moldova Prezidenti İqor Dodon Avropa İttifaqının rəsmiləri və NATO baş katibi ilə görüşəcək.

APA-nın məlumatına görə, bu barədə Moldova Prezidenti “Facebook” səhifəsində yazıb.

“Brüsselə iki günlük işgüzar səfərə gedirəm. Burada Aİ, NATO və Belçika Senatının rəhbərliyi ilə görüşlər keçirəcəyəm. Görüşlərdə ölkəmizdə islahatların həyata keçirilməsi, Avropadakı tərəfdaşlarımız ilə ticari və iqtisadi əməkdaşlığın inkişafı, enerji məsələləri, regional və təhlükəsizlik məslələri müzakirə olunacaq ”, - İ.Dodon məlumat verib.

Prezidentin sözlərinə görə, o, Avropa Parlamentinin sədri David Sassoli, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqerini, Qonşuluq və Genişləndirmə Siyasəti üzrə Avropa Komissarı Yohannes Han, NATO Baş Katibi Yens Stoltenberq, Avropa Parlamentinin Xarici Siyasət Komissiyasının sədri Devid Makallister və Belçika Senatının sədri Sabine Laruelle ilə görüşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR