Bank Of Baku

Moldova Rusiya MN-in ittihamlarını təkzib edib

Moldova Rusiya MN-in ittihamlarını təkzib edib
# 23 fevral 2023 12:49 (UTC +04:00)

Moldova Kiyevin Dnestryanı regionunda silahlı təxribat törətməyi planlaşdırması ilə bağlı Rusiyanın ittihamlarını təkzib edib.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Moldova hökumətinin Telegram kanalı vasitəsilə bəyanat yayılıb.

“Dövlət rəsmiləri Rusiya Müdafiə Nazirliyinin bu səhər yaydığı informasiyanı təsdiqləmir. Biz təmkinli olmağa çağırırıq və ictimaiyyəti Moldovanın rəsmi və etibarlı mənbələrini izləməyə dəvət edirik. Bizim qurumlarımız xarici tərəfdaşlarımızla əməkdaşlıq edir və ölkəyə qarşı istənilən təhdid durumunda ictimaiyyəti gecikmədən məlumatlandıracaqlar”, - bəyanatda bildirilib.

Qeyd edək ki, bu gün səhər Rusiya Müdafiə Nazirliyi Kiyevi Dnestryanıya qarşı silahlı təxribata hazırlaşmaqda ittiham edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR