Bank Of Baku

Moldovada fövqəladə vəziyyət dövründə əlavə 6 telekanal bağlanacaq

Moldovada fövqəladə vəziyyət dövründə əlavə 6 telekanal bağlanacaq
# 30 oktyabr 2023 13:35 (UTC +04:00)

Moldovada fövqəladə vəziyyət dövründə əlavə 6 telekanal bağlanacaq.

APA xəbər verir ki, bu barədə Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Mustyaçe bildirib.

Onun sözlərinə görə, “Orizont TV, “Publika TV”, İTV, “Prime”, “Canal 2” və “Canal 3” telekanalları bağlanacaq.

Bildirilib ki, bu telekanalların fəaliyyəti Moldova qanunlarını pozur, ölkənin təhlükəsizliyinə təhdid yaradır və manipulyasiya xarakterli fikirlər təbliğ edir.

Həmçinin əlavə olunub ki, ölkədə 31 internet səhifəsinə giriş məhdudlaşdırılacaq. Onlardan 21-i məhz Rusiya Federasiyası tərəfindən idarə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR