Bank Of Baku

Moldovada Rusiyaya yaxın “NTV Moldova” kanalının lisenziyası ləğv edilib

Moldovada Rusiyaya yaxın “NTV Moldova” kanalının lisenziyası ləğv edilib
# 27 oktyabr 2023 17:00 (UTC +04:00)

Moldovada müvəqqəti bağlanmış “NTV Moldova”nın lisenziyası ləğv edilib.

APA xəbər verir ki, bu barədə qərar bu gün Moldova Audiovizual Şurasının iclasında qəbul edilib.

Qərara əsasən, “Exclusiv Media” şirkətinə “NTV Moldova” televiziya kanalı üçün verilən lisenziya ləğv edilib.

Qeyd edək ki, “NTV Moldova” Moldova Fövqəladə Hallar Komissiyasının qərarı ilə bağlanan 6 telekanaldan biridir.

Audiovizual Şura bundan əvvəl “Primul în Moldova” (“Moldovanın Birinci kanalı”) və “Orhei TV” telekanallarının lisenziyasını yeniləməyib.

Qeyd edək ki, "NTV Moldova" Rusiyanın "NTV" telekanalına "qohum" kanaldır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR