Moldovanın Rusiyaya məxsus "Qazprom" şirkətinə ötən ilin mart ayının sonuna olan borcu 709 milyon dollar təşkil edib.
APA “Sputnik”in Moldova bürosuna istinadən xəbər verir ki, bunu ölkənin energetika naziri Viktor Parlikov brifinq zamanı deyib.
Xatırladaq ki, bir müddət öncə Moldova Prezidenti Maya Sandu aparılan auditin nəticələrinə əsasən, ölkənin “Qazprom”a borcunun olmadığını bildirib.