Rusiya Ordusunun Ukraynanın infrastrukturuna vurduğu ziyan ən azı 120 milyard dollar, yaxud 3,6 trilyon qrivna təşkil edir.
APA xəbər verir ki, bu barədə “Rada” telekanalının efirində iqtisadiyyat naziri Denis Kudin açıqlama verib.
Kudin müharibənin ilk günündən ölkəyə dəyən zərəri hesablamağa başladıqlarını vurğulayıb.