Bank Of Baku

Müharibə Ukraynaya 500 milyard dollar ziyan vurub

Müharibə Ukraynaya 500 milyard dollar ziyan vurub
# 15 mart 2022 14:07 (UTC +04:00)

Ukrayna ərazisində döyüşlər bu ölkəyə ən azı 500 milyard dollar ziyan vurub.

APA “Unian.net”ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko yerli mediaya müsahibəsində bildirib.

O qeyd edib ki, bu, yekun göstərici deyil və dəqiq rəqəmlər müharibədən sonra bilinəcək.

Nazir əlavə edib ki, müharibə səbəbi ilə bir çox tədarük zənciri qırılıb və müəssisələr dağıdılıb.

İşçilər tərk etdiyi üçün isə bəzi müəssisələrin fəaliyyət göstərməsi mümkün deyil.

Sergey Marçenko müharibənin zərərlərinin Ukraynada ÜDM-nin üçdə birinə və ya yarısına bərabər olacağını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR