Müharibənin 22 günü ərzində Kiyevdə 757 uşaq dünyaya gəlib.
APA "Unian.net" saytına istinadən xəbər verir ki, bu barədə Kiyev şəhərinin dövlət administrasiyasının sədri Nikolay Povoroznik keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, müharibə başlayandan paytaxtda 403 oğlan, 354 qız uşağı dünyaya gəlib.
Yeni doğulanlardan 13-ü əkizdir.
Qeyd edək ki, Ukrayna rəsmiləri hərbi əməliyyatlar zamanı 109 uşağın həlak olduğunu, 130 uşağın isə yaralandığını bildirirlər.