Ankarada keçirilən NATO Sammiti çərçivəsində 11 müttəfiq ölkə NATO-nun yeni Havadan Erkən Xəbərdarlıq və İdarəetmə Sistemi üçün AWACS təyyarələrinin birgə satın alınacağını elan edib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu qərar alyansın köhnəlmiş Boeing E-3 təyyarələrinin bir hissəsinin müasir platformalarla əvəzlənməsini təmin etmək qəbul edilib.
Yeni sistem hava, quru və dəniz məkanında müşahidə imkanlarını genişləndirəcək, pilotsuz uçuş aparatları, ballistik və qanadlı raketlər kimi təhdidlərin daha effektiv aşkarlanmasına xidmət edəcək.
Təşəbbüsə Belçika, Kanada, Danimarka, Almaniya, Latviya, Litva, Lüksemburq, Niderland, Norveç, Rumıniya və İsveç qoşulub.