NATO Baş katibi Yens Stoltenberq Berlinə gedəcək.
APA-nın xəbərinə görə, bu barədə NATO Baş katibinin mətbuat katibi Oana Luncesku bildirib.
Onun sözlərinə görə, Yens Stoltenberq martın 17-də Berlinə səfər edəcək. O, səfəri çərçivəsində Almaniya Kansleri Olaf Şolts, müdafiə naziri Kristine Lambrext və xarici işlər naziri Annalena Berboklə görüşlər keçirəcək.