Bank Of Baku

NATO Baş katibi: “Belarus Rusiyanın hücumuna imkan yaratdı”

NATO Baş katibi: “Belarus Rusiyanın hücumuna imkan yaratdı”
# 01 mart 2022 14:41 (UTC +04:00)

“Rusiya müharibəni dərhal dayandırmalı, Ukrayna torpaqlarından çıxmalı və xoş niyyətlə danışıqlarda iştirak etməlidir. Bütün dünya Ukraynanın yanında dayanıb”.

APA-nın xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq Polşada Prezident Andjey Duda ilə birgə mətbuat konfransında deyib.

“Rusiya Prezidenti Vladimir Putin Avropada sülhü pozdu və bu prosesdə Belarus Rusiyanın işğal hücumuna imkan yaratdı. Putinin müharibəsi hamıya təsir edir”, - o bildirib.

NATO Baş katibi qeyd edib ki, hərbi blokun müttəfiqləri Ukraynaya dəstək verir.

NATO müttəfiqlərinin təhlükəsizliyinə toxunan Stoltenberq vurğulayıb ki, bu gün ilk dəfə Fransanın liderlik etdiyi NATO qüvvələri alyansın cənub qanadına - Rumıniyaya gəlib.

“Biz NATO-nun hər bir qarışını müdafiə edəcəyik, qoruyacağıq”, - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR