NATO baş katibi: Rusiya ilə dialoq bərpa olunmalıdır

ATO-nun baş katibi Yens Stoltenberq

© APA | ATO-nun baş katibi Yens Stoltenberq

# 14 sentyabr 2024 13:06 (UTC +04:00)

“Ukraynada müharibəyə son qoyulması üçün Rusiya ilə dialoq bərpa olunmalıdır”.

APA-nın məlumatına görə, bu fikirləri “Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Bununla yanaşı, o qeyd edib ki, 2014-cü illə müqayisədə rəsmi Moskva ilə müzakirələrin aparılması üçün meydan kifayət qədər daralıb:

“Mən əvvəl olduğu kimi indi də Rusiya tərəfi ilə dialoqun tərəfdarıyam. Lakin bunun üçün biz daha güclü olmalıyıq. Yadınızdadırsa, mən bu vəzifəyə seçildikdən sonra Rusiya-NATO Şurasının fəaliyyətini bərpa etmişəm. Həmin dövrə qədər bu qurumun iclasları keçirilmirdi. Bu gün Ukraynada müharibənin dayandırılması üçün müəyyən vaxtdan sonra Rusiya tərəfi ilə dialoq bərpa olunmalı, aparılacaq bütün müzakirələr Ukraynanın gücünə əsaslanmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR