NATO Baş katibi: Rusiyanın Qara dəniz donanması böyük itkilər verib

NATO Baş katibi Yens Stoltenberq

© APA | NATO Baş katibi Yens Stoltenberq

# 14 fevral 2024 14:54 (UTC +04:00)

"Ukraynalılar Rusiyanın Qara dəniz donanmasına böyük itkilər verdirib".

APA xəbər verir ki, bunun NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin fevralın 15-də keçirləcək iclasından əvvəl mətbuat konfransında deyib.

NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevin daha bir Rusiya hərbi gəmisini məhv etdiyini qeyd edərək Ukraynanın Qara dənizdəki son əməliyyatlarını "böyük nailiyyət" adlandırıb.

"Ukraynalılar Rusiyanın Qara dəniz donanmasına böyük itkilər verə biliblər. Və bu, ukraynalılar üçün böyük nailiyyət, böyük qələbədir", o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR