NATO liderlərinin videokonfrans formatında iclası başlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, iclas Rusiyanın Ukraynaya müdaxiləsinə həsr olunub.
İclasda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir.
Qeyd olunub ki, NATO liderləri Rusiyanın Ukraynaya hərbi müdaxiləsini və son hadisələri müzakirə edəcək.