Bank Of Baku

NATO-nun Baş katibinin səlahiyyət müddəti artırıla bilər

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 24 mart 2022 05:06 (UTC +04:00)

NATO-nun Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti daha bir il artırıla bilər.

APA-nın xəbərinə görə, bu barədə Belga agentliyi diplomatik mənbələrə istinadla məlumat verib.

Agentlik bildirir ki, Stoltenberqin mandatının uzadılması məsələsi NATO-nun bu gün başlayacaq fövqəladə sammitinin gündəliyinə salınıb. Ukrayna münaqişəsinə görə gərginlik hökm sürdüyü dövrdə Alyans rəhbər dəyişikliyinə getmək istəmir.

63 yaşlı Yens Stoltenberq 2014-cü ildən NATO-ya rəhbərlik edir. Mandatı 2017 və 2019-cu illərdə 2 dəfə uzadılan sədrin səlahiyyət müddəti sentyabrın 30-da başa çatır. O, NATO-ya ən uzun müddət rəhbərlik etmiş şəxs kimi tarixə düşüb.

Norveçin Maliyyə nazirliyi bildirib ki,Stoltenberqin mandatı bir və ya iki il uzadıla bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR