Bank Of Baku

NATO: Rusiya Baxmutda Ukraynadan 5 dəfə çox hərbçi itirib

NATO: Rusiya Baxmutda Ukraynadan 5 dəfə çox hərbçi itirib
# 07 mart 2023 03:29 (UTC +04:00)

Donetsk vilayətində Baxmut uğrunda gedən döyüşlərdə Rusiya işğalçı qüvvələri Ukraynadan ən azı 5 dəfə çox hərbi itki verib.

APA CNN-ə istinadən xəbər verir ki, bunu NATO rəsmisi deyib.

Qeyd edilib ki, beşə bir nisbəti Alyansın kəşfiyyat məlumatlarına əsaslanan təxmindir.

Eyni zamanda, bu nisbətə baxmayaraq, Ukraynanın şəhəri müdafiə edərkən ciddi itkilər verdiyi vurğulanır.

Qeyd olunur ki, Ukrayna rəsmiləri Rusiyanın Baxmuta hücum cəhdləri zamanı müdafiə qüvvələrinin qarşı tərəfdə böyük itkilər verdiyini dəfələrlə bəyan ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR