Bank Of Baku

NATO: Rusiyanın törətdiyi müharibə cinayətləri cəzasız qala bilməz

NATO: Rusiyanın törətdiyi müharibə cinayətləri cəzasız qala bilməz
# 11 iyul 2023 21:36 (UTC +04:00)

Biz Krım da daxil olmaqla Rusiyanın qanunsuz və qeyri-legitim ilhaqlarını tanımırıq və tanımayacağıq.

APA xəbər verir ki, NATO-nun Vilnüs sammitinin kommunikesində belə qeyd edilib: “Avro-Atlantik və qlobal təhlükəsizliyi ağır şəkildə baltalayan, Ukraynaya qarşı qanunsuz, bəraətsiz və əsassız təcavüzkar müharibəsinə görə bütün məsuliyyəti Rusiya daşıyır və buna görə tam hesab verməlidir.”

Sənəddə qeyd edilib ki, Rusiyanın törətdiyi müharibə cinayətləri və digər qəddarlıqlara görə cəzasızlıq ola bilməz: “Kaxovka su anbarının dağıdılması Rusiyanın başlatdığı qəddar müharibənin nəticələrini göstərir”.

Sənəddə qeyd olunub ki, müttəfiqlər qlobal ərzaq böhranının yüngülləşdirilməsi məqsədi ilə Ukrayna taxılının ixracının mümkün edilməsi üzərində işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR