Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü ABŞ prezidenti Co Baydenlə Ukrayna və İsveçin NATO üzvlüyü, ikitərəfli əlaqələr və F-16 qırıcılarının alınmasını müzakirə edib.
APA-nın məlumatına görə, bu barədə Türkiyə prezidentinin administrasiyası telefon danışıqlarının yekunlarına dair məlumatında deyilir.
“Danışıqlar zamanı Ukrayna və İsveçin NATO-ya üzvlüyü, F-16-ların tədarükü, Türkiyənin Aİ-yə tam inteqrasiyası məsələləri müzakirə olunub. Liderlər həmçinin ikitərəfli və regional münasibətlərin ətraflı müzakirəsi üçün NATO-nun Vilnüs sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.