NATO Trampın Ukraynada müharibəyə son qoymaq səylərini tam dəstəkləyir

Baş katib Mark Rutte

© APA | Baş katib Mark Rutte

# 15 may 2025 15:23 (UTC +04:00)

Türkiyənin təsirli müdafiə sənayesi bazası var.

APA xəbər verir ki, bu barədə Baş katib Mark Rutte NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısından sonra keçirdiyi mətbuat konfransında deyib.

NATO-dan Trampın Sülh Səylərinə Tam Dəstək

Rutte bildirib ki, NATO olaraq ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq istiqamətindəki səylərinə tam dəstək verirlər: “Biz Prezident Trampın Ukraynada müharibəyə son qoymaq səylərinə tam dəstəyimizi bir daha təsdiqləyirik".

Ukraynaya Yardım: Müdafiə üçün, Müharibə üçün Yox

"Ukraynaya dəstəyimiz müharibənin davam etməsi üçün deyil, bu ölkənin gələcəkdə özünü müdafiə edə bilməsi üçündür”, - o qeyd edib.

Türkiyənin Diplomatik Rolu NATO-nun Diqqətində

NATO Baş katibi Türkiyənin bölgədəki diplomatik roluna da diqqət çəkib: “Türkiyənin bir araya gətirmə gücü bəllidir. Bunu hər gün görürük”, – Rutte İstanbulda keçirilən Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı bildirib.

NATO Baş Katibi Türkiyənin Müdafiə Sənayesini Barədə

NATO Baş katibi Türkiyənin müdafiə sənayesinin gücünü də xüsusi vurğulayıb: “Türkiyə təsiredici müdafiə sənayesi bazasına malikdir. ABŞ və Avropanın bütün sənaye sektorları və ölkələri ilə sıx əməkdaşlıq edir”.

Rutte: “Rusiya NATO-nun İqtisadi Potensialının Cəmi 5%-nə Sahibdir”

Onun sözlərinə görə, Rusiya cəmi üç ayda NATO-nun bir ildə istehsal etdiyi qədər sursat istehsal edir. Bununla yanaşı, Rusiyanın iqtisadi gücü NATO ölkələrinin ümumi iqtisadi potensialının cəmi beş faizini təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR