NATO Türkiyənin zəlzələdən zərər görən Antakya bölgəsinə 2 400 çadır göndərəcək.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar TRT Haber-ə açıqlamasında bildirib.
O, hazırda Türkiyə Silahlı Qüvvələrinin 65 təyyarə və 70 helikopterinin ərazidə işlərə cəlb edildiyini qeyd edib.