Netanyahu oktyabrın 7-dən bəri BMT Baş katibinin zənglərinə cavab vermir

Netanyahu oktyabrın 7-dən bəri BMT Baş katibinin zənglərinə cavab vermir
# 12 sentyabr 2024 17:22 (UTC +04:00)

İsrail Baş naziri Benyamin Netanyahu oktyabrın 7-dən bəri zənglərimi qəbul etməkdən imtina edir.

APA xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş “Reuters”ə müsahibəsində bildirib.

O qeyd edib ki, “ötən il HAMAS-ın 7 oktyabr terror hücumundan sonra Baş nazir Benyamin Netanyahu ilə danışmayıb, çünki Netanyahu onun zənglərinə cavab vermir və BMT-ni İsrail əleyhinə olmaqda ittiham edir.

“Mən onunla danışmamışam, çünki o, telefon zənglərimə cavab vermir, lakin onunla danışmamaq üçün heç bir səbəbim yoxdur”, - Quterreş vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR