Norveç Ukraynaya vəd etdiyi F-16 təyyarələrinin tədarükünü 2025-ci ilin sonuna qədər başa çatdıracaq.
APA xəbər verir ki, bunu Norveçin müdafiə naziri Tore Sandvik bildirib.
O xatırladıb ki, Norveç artıq təyyarələrin bir hissəsini Ukraynaya təhvil verib. Digər təyyarələr isə plana uyğun olaraq Ukraynaya verilir.
Lakin Ukraynanın əməliyyat təhlükəsizliyi ilə bağlı olaraq təyyarələrin dəqiq sayı açıqlanmır.
O, həmçinin qeyd edib ki, ötən il hökumət Ukrayna Hərbi Hava Qüvvələrinə dəstəyi 1,3 milyard Norveç kronu artırıb.