Bank Of Baku

Norveç XİN başçısının Gürcüstana səfəri başlayıb

Anniken Huitfeldt, İlia Darçiaşvili

© APA | Anniken Huitfeldt, İlia Darçiaşvili

# 17 oktyabr 2022 13:38 (UTC +04:00)

Norveçin xarici işlər naziri Anniken Huitfeldt Gürcüstana səfərə gəlib.

APA-nın yerli bürosu xəbər verir ki, XİN başçısı səfəri çərçivəsində gürcüstanlı həmkarı İlia Darçiaşvili ilə görüşüb.

Tərəflərin birgə mətbuat konfransında Anniken Huitfeldt ölkəsinin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib. O, Gürcüstanın demokratiya, insan haqları və yaxşı idarəçilik sahələrində nailiyyətlər əldə etdiyini vurğulayıb.

Anniken Huitfeldt Norveçin Gürcüstanın Avro-Atlantik inteqrasiyasını dəstəklədiyini qeyd edib.

İlia Darçiaşvili Norveçin yaxın dost və etibarlı tərəfdaş olduğunu qeyd edib. Anniken Huitfeldt Gürcüstana səfəri çərçivəsində Baş nazir İrakli Qaribaşvili ilə də görüşüb.

Norveç XİN başçısı dördgünlük səfəri çərçivəsində Ermənistana da səfər edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR