Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin maşın karvanı diversiya qrupu tərəfindən atəşə tutulub.
Odessada yaşayan soydaşlarımızın APA-nın Kiyevdəki xüsusi müxbirinə verdiyi məlumata görə, hadisə ötən gecə olub.
Sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin olduğu 8 avtomobildən ibarət maşın karvanı atəşə tutulub.
Maşın karvanının atəşə tutulması nəticəsində 3 soydaşımız - Qabil, Nemət və Rəhim İsmayılovlar dünyasını dəyişib. Onlar bir ailənin üzvü olublar. Həmin şəxslər Xarkovu tərk etmək üçün Odessaya gediblərmiş.
Qeyd edək ki, Odessadakı Azərbaycan diasporunun üzvü Anar Ağazadə də gecə hadisə barədə məlumat paylaşıb.
İdrak Camalbəyli