Olaf Şolts Almaniyanın mühacirlərə ehtiyacı olduğunu vurğulayıb

Olaf Şolts Almaniyanın mühacirlərə ehtiyacı olduğunu vurğulayıb
# 11 sentyabr 2024 17:09 (UTC +04:00)

Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ölkəsinin mühacirlərə ehtiyacı olduğunu vurğulayıb.

APA xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.

Olaf Şolts Almaniya parlamentində hökumətinin miqrasiya siyasətini müdafiə edərək ölkənin bacarıqlı əcnəbiləri cəlb etməsinin vacibliyini vurğulayıb.

O, eyni zamanda, ölkəyə mühacirət edənlərə nəzarət etdiklərini də bildirib.

“Biz siyasi təqiblərə məruz qalan, canlarını xilas etməli olanlara müdafiə təklif edən bir ölkəyik və bu, konstitusiyamızda var”, - Almaniya Kansleri əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR