Bank Of Baku

Olaf Şolz zədələndikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

Olaf Şolz zədələndikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb
# 05 sentyabr 2023 00:57 (UTC +04:00)

Almaniya kansleri Olaf Şolz zədələndikdən sonra ilk dəfə ictimai tədbirə çıxıb və özünü yaxşı hiss etdiyini bildirib.

APA-nın xəbərinə görə, bu barədə DPA agentliyi məlumat yayıb.

"Hər şey yaxşıdır", - Nazirlər Kabinetinin rəhbəri jurnalistlərin suallarını cavablandırıb.

Sentyabrın 2-də Frankfurter Rundschau qəzeti kanslerin idmanla məşğul olarkən yıxılaraq xəsarət aldığını yazıb. Mühafizəçilər kanslerə ilkin tibbi yardım göstəriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR