Bank Of Baku

Oliver Varhelyi: Avropa Komissiyası genişlənmə ilə bağlı əsaslı təkliflər verəcək

Avropa İttifaqının Qonşuluq və Genişlənmə Siyasəti üzrə Komissarı Oliver Varhelyi

© APA | Avropa İttifaqının Qonşuluq və Genişlənmə Siyasəti üzrə Komissarı Oliver Varhelyi

# 01 sentyabr 2023 14:06 (UTC +04:00)

Avropa Komissiyası genişlənmə ilə bağlı oktyabr ayında əsaslı təkliflər verəcək.


APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Qonşuluq və Genişlənmə Siyasəti üzrə Komissarı Oliver Varhelyi "Euroactiv"ə müsahibəsində deyib.
"Sual həmişə belə olub: biz bunu (genişlənmə - red.) etmək istəyirikmi? Mən ilk dəfədir ki, Avropa İttifaqı Şurasından bunu etmək istədiklərini eşidirəm – bu, müsbət haldır".


Aİ Şurasının Prezidenti Şarl Mişelin 2030-cu il hədəfinin (Aİ-yə yeni üzvlərin qoşulması) həyata keçirilməsinin mümkün olub-olmayacağı ilə bağlı suala Oliver Varhelyi: "Avropa İttifaqı olaraq bizim etmək istədiyimiz hər şey mümkündür",- deyə cavab verib lakin o əlavə edib ki, konkret vaxt qrafikində israr edilməməlidir.
"Düşünmürəm ki, bu, vaxt məsələsi ilə bağlıdır. Bu, siyasi iradə və yerinə yetirmək məsələsidir. Aİ tərəfindən yerinə yetirmək, eyni zamanda Qərbi Balkanlardakı tərəfdaş ölkələr və ya digər üç namizəd ölkə (Ukrayna, Moldova və Gürcüstan) tərəfindən yerinə yetirmək", - Aİ-nin Komissarı deyib.
"2030-cu ilə qədər genişlənmə şübhəsiz ki, həyata keçirilə bilər, lakin bunun baş verməsi o deməkdir ki, bizim hamımız – bütün Aİ institutları, bütün üzv dövlətlər və bütün namizəd ölkələr – səylərini ikiqat artırmalı olacaqlar. Bu, həmçinin o deməkdir ki, biz Aİ olaraq onların islahat səylərini sürətləndirməliyik".


Aİ Komissarı Oliver Varhelyi qeyd edib ki, oktyabr ayında Avropa Komissiyası bloka üzvlük prosesindəki bütün ölkələr üçün illik tərəqqi hesabatlarını təqdim edəcək və Avropa Komissiyasının "əhəmiyyətli təkliflər" ilə çıxış edəcəyi gözlənilir.
"Biz cəsarətli təkliflərlə və yeni ideyalarla da irəli getməyə hazırıq", - Varhelyi əlavə edib.


Onun sözlərinə görə, namizəd ölkələrə yanaşma daha çevik olacaq.
"Bu, yeni bir şey deyil, bütün bunlar Komissiyanın səlahiyyət müddətinin əvvəlində təklif etdiyimiz yeni genişlənmə metodologiyasına daxildir.
Bu, hamıya uyğun bir həll olmayacaq, əksinə ölkələrin etdiyi irəliləyişlər üzrə həyata keçiriləcək və bu, namizəd ölkənin əldə etdiyi faktiki tərəqqidən çox asılı olacaq" .


Aİ üzvlüyünə namizəd ölkələrin bəzilərinin prosesin onların tezliklə Aİ-yə qoşulma perspektivlərinə mənfi təsir göstərəcəyi ilə bağlı qorxuları barədə suala cavab verən Aİ Komissarı Varhelyi bunun belə olmayacağını əmin edib.
"Tədrici inteqrasiya əvəzedici ola bilməz, çünki onlar qismən üzvlük üçün müraciət etməyiblər, tam üzvlük üçün müraciət ediblər", - deyə o bildirib.


"İkincisi, bizim etmək istədiyimiz odur ki, bu ölkələr Aİ-yə qoşulmazdan əvvəl biz artıq real inteqrasiyanı irəli sürək, yəni bu ölkələrin vətəndaşları artıq onlara firavanlıq və uzunmüddətli təhlükəsizlik gətirəcək üzvlük üstünlüklərindən istifadə etməyə başlasın. Siyasət sektoruna erkən inteqrasiya olunmaq, həm də o deməkdir ki, müvafiq ölkə Aİ-nin mükkəmməlliyinə uyğunlaşmalı, bizim tətbiq etdiyimiz qaydaları tətbiq etməli və bununla da qoşulmağa və ilk gündənn aktiv üzv olmağa daha yaxşı hazır olmalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR