Türkiyənin Fələstin məsələsində qarant ölkə olmasının reallaşması istiqamətində səylər davam edir.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (Ak Parti) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, “Dünyanın İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatına dur deməsi lazımdır”.
Ömər Çelik onu da vurğulayıb ki, Türkiyə Qəzzanın fələstinlilərdən boşaldılmasına icazə verməyəcək.
“Hesablamalarımıza görə, Qəzzaya hər gün ən azı 500 humanitar yardım yüklü maşın girməli olsa da, 32 gündə cəmi 450 yük maşını daxil olub”, - o deyib.