Bank Of Baku

Orban administrasiyası: İsveçlə münasibətlər aşağı səviyyədədir

Orban administrasiyası: İsveçlə münasibətlər aşağı səviyyədədir
# 06 aprel 2023 15:22 (UTC +04:00)

"İsveç və Macarıstan arasında münasibətlər aşağı səviyyədədir".

APA "Reuters"ə istinadən xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orbanın aparat rəhbəri Gergeli Gulyas deyib.

Hökumət rəsmisi NATO-ya üzvlük üçün Macarıstanın dəstəyinə ehtiyacı olan Stokholmu tərəflər arasında etimadı artırmaq üçün addımlar atmağa çağırıb.

Onun sözlərinə görə, İsveç və Finlandiyanın bu yaxınlarda Avropa Komissiyasının Macarıstana qarşı qaldırdığı iddiaya qoşulması Macarıstanın narahatlığı daha da artırıb.

"Hazırkı İsveç-Macarıstan münasibətləri Komissiyanın bu müdaxiləsinə görə də aşağı səviyyədədir və etimadı artırmaq üçün addımlar lazımdır. Belə bir məsələdə NATO-nun həmrəyliyi böyük əhəmiyyət kəsb edir və əgər biz bu məsələlərlə bağlı ikitərəfli müzakirələri NATO-ya aparsaq bu faydalı olmaz", - Gulyas deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR