Bank Of Baku

Orban: “Aİ Rusiya neftinə embarqo qoyaraq “qırmızı xətt”i keçib”

Viktor Orban

© APA | Viktor Orban

# 06 may 2022 12:57 (UTC +04:00)

“Aİ-nin təklif etdiyi Rusiyaya neft qadağası “qırmızı xətt"i keçir”.

APA xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban radioya müsahibəsində deyib.

Orban bildirib ki, Brüssel Rusiya neftinin idxalına qadağa qoymaqla “qırmızı xətt”i keçib və Avropanın İttifaqına zərbə vurub.

“Beləliklə, Avropa Komissiyanın Prezidenti Ursula von der Leyen, Avropa İttifaqına qəsdən və ya bilməyərəkdən hücum etdi. Əvvəldən biz "qırmızı xətt"in, yəni enerji embarqosunun olduğunu açıqlamışdıq. Onlar bu xətti keçiblər”, - Macarıstan lideri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR