Bank Of Baku

Orban: Brüsselin Rusiyaya qarşı sanksiyaları Avropanı məhv edib

Macarıstanın Baş naziri Viktor Orban

© APA | Macarıstanın Baş naziri Viktor Orban

# 22 dekabr 2025 07:49 (UTC +04:00)

Macarıstanın Baş naziri Viktor Orban Rusiyaya qarşı tətbiq olunan sanksiyaların məqsədinə çatmadığını, əksinə Avropaya ciddi zərbə vurduğunu bildirib.

APA xəbər verir ki, hökümət başçısı bu barədə X hesabında yazıb.

“Brüssel sanksiyaların Rusiyanı çökdürəcəyini vəd edirdi. Bunun əvəzinə onlar Avropanı məhv etdi. Enerji qiymətləri kəskin artdı, rəqabətqabiliyyətlilik zəiflədi və Avropa geri qalmağa başladı”, – Orban qeyd edib.

Baş nazir vurğulayıb ki, bu, yanlış qərarların nəticəsidir və mövcud vəziyyətdə eskalasiyaya deyil, danışıqlara ehtiyac var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR