Bank Of Baku

Peskov: “Ümid edirik ki, Putinin Türkiyəyə səfəri tez baş tutacaq” - VİDEO - YENİLƏNİB

Ərdoğan, Putin

© APA | Ərdoğan, Putin

# 03 fevral 2022 15:02 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə səfərinin konkret tarixi hələlik razılaşdırılmayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Putinin Türkiyəyə səfərinin nə vaxt baş tuta biləcəyi ilə bağlı suala cavabında deyib: “İki lider fevralın sonunda mümkün variantlar, başqa tarixlər haqqında həqiqətən danışıblar”.

Peskovun sözlərinə görə, hər iki tərəf görüşün epidemioloji vəziyyət və iki prezidentin qrafikləri imkan verən kimi baş tutmasında maraqlıdır.

“Hələlik dəqiq tarixlər yoxdur. Amma ümid edirik ki, bu, mümkün qədər tez baş verəcək”, - deyə Kremlin nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, yanvarın 26-da Ərdoğan Rusiya liderini Türkiyəyə səfərə dəvət etdiyini açıqlayıb. Peskov Putinin bu dəvəti minnətdarlıqla qəbul etdiyini təsdiqləyib.

***

saat 10:57

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri fevral ayının ikinci yarısında baş tuta bilər.

APA xəbər verir ki, bu barədə A Haber telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Putinin Türkiyə səfərinin dəqiq tarixi Pekin Qış Olimpiya Oyunlarından sonra dəqiqləşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR