Petr Pavel: "Ukrayna və Çexiya arasında təhlükəsizliyə dair saziş bağlana bilər"

Petr Pavel: "Ukrayna və Çexiya arasında təhlükəsizliyə dair saziş bağlana bilər"
# 12 aprel 2024 08:05 (UTC +04:00)

Ukrayna və Çexiya may-iyun aylarında təhlükəsizlik zəmanətləri haqqında saziş bağlaya bilər.

APA xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel aprelin 11-də Vilnüsdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən sonra bildirib.

Onun sözlərinə görə, Ukraynaya dəstək qeyri-maddi olacaq. Bu yardıma texnoloji, kəşfiyyat və ya informasiya dəstəyi daxildir.

“Məqsədimiz bütün Ukrayna regionunda sabitliyi, müdafiə qabiliyyətini, mobilliyi gücləndirməkdir”, - Pavel vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR