Bank Of Baku

Pistorius: "Bundesverin modernləşdirilməsi üçün 52 milyard avro kifayət etməyəcək"

Pistorius: "Bundesverin modernləşdirilməsi üçün 52 milyard avro kifayət etməyəcək"
# 11 aprel 2024 01:58 (UTC +04:00)

Hərbi xərclər üçün nəzərdə tutulan 52 milyard avro Bundesverin gələcək modernləşdirilməsi üçün kifayət deyil.

APA “Der Spiegel” jurnalına istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Onun sözlərinə görə, Bundesverin yüksək istismar və kadr xərcləri səbəbindən 2025-ci ildə yeni investisiyalara, demək olar, imkanı olmayacaq.

Məsələn, cari hesablamalara görə, 52 milyard avrodan yeni tədarük xərcləri üçün cəmi 500 milyon avro qalıb, büdcənin qalan hissəsi isə artıq planlaşdırılıb.

2024-cü ildə Almaniya müdafiəyə 73,41 milyard dollar xərcləməyi planlaşdırır. Ölkənin müdafiə naziri fevralın 17-də Münxen Təhlükəsizlik Konfransında deyib ki, hərbi xərclərin bu səviyyəsi Almaniyanın növbəti illərdə təhlükəsizliyinin təmini üçün kifayət etməyə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR