Podolyak: Zelenski Türkiyədə danışıqlara yalnız Putinin iştirak edəcəyi təqdirdə razılıq verə bilər

Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak

© APA | Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak

# 14 may 2025 21:08 (UTC +04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya nümayəndə heyəti ilə Türkiyədə danışıqlara yalnız Vladimir Putinin iştirak edəcəyi təqdirdə razılıq verə bilər.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak "RBK-Ukrayna"ya açıqlamasında bildirib.

"Əgər Putin orada yoxdursa, deməli, danışıqlar da olmayacaq. Qərarı prezident verəcək – belə bir halda hansısa müzakirənin aparılıb-aparılmayacağına o qərar verəcək. Amma o zaman bu danışıqlar prezident səviyyəsində olmayacaq. Qeyd edim ki, prezident yalnız Putinlə danışa bilər. Çünki qərarları verən və məsuliyyət daşıyan şəxs odur. Qalan bütün proseslər sadəcə təbliğat xarakteri daşıyır", – deyə Podolyak vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR