Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisi yaxınlığında azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.
APA-nın yerli bürosu xəbər verir ki, əməliyyat nəticəsində 10-dan çox şəxs saxlanılıb.
Saxlanılanların narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham edildiyi bildirilib.
Gürcüstan DİN-in əməliyyatla bağlı daha sonra geniş məlumat verəcəyi qeyd olunub.